Dünya

“Fil xəstəliyi” barədə xəbərdarlıq edildi

21 Aprel 2022 18:06
Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxduqdan sonra insanda postkovid sindromunun nadir təzahürü olan "fil" xəstəliyi yarana bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə allerqoloq-immunoloq Vladimir Bolibok xəbərdarlıq edib.

Mütəxəssis izah edib ki, nadir xəstəlik limfa sisteminin zədələnməsi və onun iltihabı nəticəsində yaranır. Onun sözlərinə görə, "fil" xəstəliyinin başqa bir adı "elefantiaz"dır.

"Məndə belə bir təəssürat yaranır ki, bu, artıq mövcud problemlərin kəskinləşməsi nəticəsində yaranır", - deyə Bolibok bildirib.

Onun sözlərinə görə, xəstələr "Delta" ştammı zamanı bağırsağın mezenteriyasında limfa düyünlərinin iltihabı ilə əlaqədar qarın nahiyəsində, "Omikron"da isə boyunlarında limfa düyünlərinin iltihabı səbəbindən boğazda şiddətli ağrılardan şikayətləniblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.