Dünya

"Ukrayna üçün həlledici döyüş artıq başlayıb"

20 Aprel 2022 15:06
0 Şərh     Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna müdafiəçiləri ilə rus əsgərləri arasında Donbass uğrunda döyüş bir neçə gündür ki, davam edir. Ruslar Luqansk və Donetsk vilayətlərində hücum əməliyyatlarını gücləndiriblər.

Milli.Az bildirir ki, bunu RBC-Ukrayna-ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik deyib.

Son bir neçə gün ərzində düşmən Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını əhəmiyyətli dərəcədə sürətləndirib, faktiki olaraq bütün təmas xətti boyunca raket və artilleriya hücumlarının sayını artırıb.

"İndi deyə bilərik ki, bu həlledici döyüş artıq başlayıb", - Motuzyanik izah edib.

Onun fikrincə, rus əsgərlərin ölkənin şərqinə geniş hücumu gec-tez baş verməli idi.

Eyni zamanda, polkovnik qeyd edib ki, bu ərazidəki Ukrayna şəhər və kəndləri irili-xırdalı qalalardır. Müdafiəni cəsarətlə tutub düşmənin qarşısını alırlar.

"Onlar onun bütün ərazilərimizi ələ keçirmək planlarının gerçəkləşməsinə imkan vermirlər. Ona görə də Donbassdakı döyüş, mübaliğəsiz, Ukrayna üçün həlledici döyüşdür", - Müdafiə Nazirliyinin spikeri vurğulayıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.