Dünya

Bu şəhərdə bazar günləri işləmək qadağan edilib

18 Aprel 2022 23:05
0 Şərh     Baxış: 1 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bosniya və Herseqovinanın Mostar şəhərində bazar günləri işləmək rəsmi olaraq qadağan edilib. Beləliklə də Mostar bazar günləri işləməyin qadağan edildiyi Bosniya və Herseqovinanın ilk böyük şəhəri olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mostar Bələdiyyəsi qadağaya əməl etməyən obyekt və mağazaların 1500 avroyadək cərimə olunacağını açıqlayıb.

Bələdiyyə sədri Mario Kordiç qadağanın məqsədinin şəhərdəki hər kəsin bazar günlərini ailələri ilə birgə keçirməsinə şərait yaratmaq olduğunu bildirib.

Qeyd edək ki, Mostar Bosniya və Herseqovina ərazisində sahəsinə görə beşinci ən böyük şəhərdir. Şəhər öz adını Neretva çayı üzərində olan "Mostar körpüsü"ndən götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.