Dünya

Xarkov bombalandı, ölənlər var

17 Aprel 2022 18:00
0 Şərh     Baxış: 1 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbçiləri bazar günü, aprelin 17-də Xarkovu raket atəşinə tutub. Şəhərin mərkəzi hissəsi zərər çəkib və atılan mərmilər nəticəsində yanğınlar baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatları "Suspilnı"yə vilayət hərbi idarəsinin Səhiyyə Departamentinin direktoru Maksim Xaustov verib.

Məlumata görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xilasedicilər hadisə yerindədir.

Sizə təqdim etdiyimiz video yerli Telegram kanallarında yayılıb, hücum zamanı çəkilmişdir. Kadrlarda həkimlərin yaralılarla necə davrandığı əks olunub.

Bu arada atışma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.