Dünya

“WhatsApp” sosial şəbəkəyə çevriləcək

16 Aprel 2022 17:45
0 Şərh     Baxış: 1 105
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WhatsApp" messencerinin tərtibatçıları oxşar maraqları olan qrupları bir araya gətirərək icmalar yaratmaq barədə planlarını açıqlayıblar.

"WhatsApp" icması bir növ qruplar toplusu olacaq. İstifadəçilər icmalar yarada, icma adminləri isə icma daxilindəki qrupları idarə edə və bütün qruplara mesaj göndərə biləcəklər.

İcmalar çarpaz şifrələməni dəstəkləyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yərtibatçılar icma qruplarında dezinformasiyanın yayılmasını azaltmaq üçün mesajların təkrar paylaşımını məhdudlaşdıracaqlar.

Yeni funksiya bu həftə ərzində az sayda istifadəçi üçün əlçatan olacaq. Sınaqlardan sonra "WhatsApp" icmaları geniş istifadəçi kütləsinin ixtiyarına veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.