Dünya

Ukraynaya ABŞ silahlarının ilk partiyası 24 saat ərzində gələcək

15 Aprel 2022 22:35
0 Şərh     Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ silahlarının ilk partiyası yaxın 24 saat ərzində Ukraynaya gələcək.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə CNN Amerika hərbi idarəsinin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

Güman edilir ki, yük Ukrayna sərhədinə çatdırılacaq, bundan sonra Ukrayna tərəfi onu öz ərazisinə gətirəcək.

Silahların siyahısı açıqlanmasa da, ilk növbədə haubitsa və radarlar gətiriləcək.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.