Dünya

Britaniyadan daha iki rus oliqarxa qarşı sanksiya: 13 milyard dollar donduruldu

15 Aprel 2022 11:02
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya daha iki rus oliqarxa: Roman Abramoviçin yaxın adamları Yevgeniy Tenenbaum və David Davidoviçə qarşı sanksiyalar elan edib.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, "Çelsi" futbol klubunun direktoru Yevgeniy Tenenbaum və David Davidoviç 10 milyard funt sterlinq (13 milyard dollar) dəyərində aktivlərindən məhrum ediliblər.

Britaniyanın xarici işlər naziri Liz Trass bildirib ki, bu, ölkə tarixində ən böyük aktiv dondurulmasıdır. Fevraldan bəri Britaniya sanksiyalarına məruz qalanların ümumi sayı 106 nəfər olub.

Tenenbaum əvvəllər Abramoviçin ən yaxın biznes tərəfdaşlarından biri kimi sayılırdı. Korporativ sənədlər göstərir ki, o, fevralın 24-də Abramoviçə bağlı olan "Evrington Investments Limited" investisiya şirkətinə nəzarəti ələ keçirib.

ABŞ-da Abramoviçin şəxsi "Gulfstream" təyyarəsi faktiki olaraq yerə endirildi, çünki ABŞ Ticarət Departamenti onun sanksiyaları pozan bir sıra təyyarələrdən biri olduğunu söylədi.

Xatırladaq ki, bu həftə Cersi adasının məhkəməsi Roman Abramoviçin 5,4 milyard funt-sterlinq məbləğində aktivlərini dondurub.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.