Dünya

Ukraynalı oliqarxın nəhəng yaxtası əlindən alındı

12 Aprel 2022 16:18
0 Şərh     Baxış: 963
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynalı oliqarx Viktor Medvedçukun özünün yeri sirr olaraq qalsa da, onun əmlakı bütün dünyada tapılaraq Ukraynanın xeyrinə ələ keçirilməkdə davam edir.

Məsələn, bir müddət əvvəl rusiyayönlü oliqarxın yaxtası tapıldı. İndi məlum olub ki, oliqarx Viktor Medvedçukun nəhəng yaxtası məhkəmənin qərarına uyğun olaraq ARMA-nın (Korrupsiya və digər cinayətlərdən əldə edilmiş aktivlərin müəyyən edilməsi, axtarışı və idarə olunması üzrə milli agentlik) idarəçiliyinə veriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda "Royal Romance" yaxtası Xorvatiyanın Riyeka limanındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.