Dünya

Meksikada bara hücum olub, ölən və yaralananlar var

12 Aprel 2022 08:24
0 Şərh     Baxış: 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın Mexiko ştatının İstapaluka bələdiyyəsindəki bara silahlı hücum nəticəsində 3 nəfər ölüb, daha 7 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə regionun prokurorluğu tviterdəki səhifəsində məlumat yayıb.

"Odlu silahdan istifadə etməklə 3 nəfərin qəsdən öldürülməsi və daha 7 nəfərin sağlamlığına zərər vurulması ilə bağlı araşdırmalara başlanılıb", - məlumatda bildirilir.

Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Həmçinin hücum iştirakçılarının mümkün motivləri açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.