Dünya

Rusiya MN: Ukraynaya məxsus iki Su-25 təyyarəsi vurulub

11 Aprel 2022 12:30
0 Şərh     Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın hava hücumundan müdafiə sistemləri İzyum yaşayış məntəqəsi yaxınlığında havada Ukraynaya məxsus iki Su-25 təyyarəsini vurub. Bundan başqa, Balakleya, Qulyai Pole və Volnovaxa ərazilərində üç pilotsuz uçuş aparatı, Nikolaev vilayətinin Kalininskoye yaşayış məntəqəsi yaxınlığında "Valkiriya" tipli PUA vurulub", - Rusiya MN sözçüsü vurğulayıb

Konaşenkov ümumilikdə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək 129 təyyarə, 99 helikopter, 243 S-300, Buk-M1, Osa AKM zenit-raket komplekslərinin məhv edildiyini söyləyib: "Bundan başqa 441 pilotsuz uçuş aparatı, 2079 tank və digər döyüş zirehli texnikası, 239 reaktiv yaylım atəşi sistemi, 909 səhra artilleriya qurğusu və minaatan, 2000-dən çox xüsusi təyinatlı hərbi maşın da məhv edilib" .

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory