Dünya

"Müharibə uzun olacaq, isterika yaratmayın" - nazir müavini

11 Aprel 2022 15:18
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın ictimai rəy liderləri və siyasətçilərini sosial şəbəkələrdə isterika yaratmamağa çağırıram.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk deyib.

"Ola bilsin ki, bu müharibə bizim istədiyimizdən daha uzun və çətin olacaq. Ona görə də siz cəmiyyəti cəsarət və dözümlülüyə kökləməlisiniz. Təəssüf ki, bəziləriniz isteriya və digər səmərəsiz, zərərli emosiyalar yaradırsınız. Müharibə zamanı ictimaiyyətə təsirinizə görə məsuliyyət daşımağınızı xahiş edirəm. Sosial şəbəkələrdə isteriya etməyək. Bizə sakitlik, cəsarət, möhkəmlik və dözüm lazımdır. Beləliklə, gəlin qalib gələk", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.