Dünya

Türkiyə kamikadze dronların istehsalını artırır - VİDEO

10 Aprel 2022 18:12
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. tərəfindən istehsal edilən sistemin görüntüləri ilə yanaşı, onların çatdırılma prosesi haqqında məlumat verib.

Milli.Az APA-ya istinadən bildirir ki, İsmayıl Dəmir bu məlumatı Twitter hesabında paylaşıb.

İsmayıl Dəmir bildirib: "KARGU tədarüklərinə davam edirik. "Əməliyyat sahəsində təhlükəsizlik güclərimizin əlini gücləndirən KARGU-nun Türkiyə Silahlı Qüvvələrinə yeni tədarüklərini etdik. Xeyirli olsun!"

"Kamikadze İHA" kimi tanınan KARGU-nun üstün xüsusiyyətlərinə diqqət çəkən videoda bu sistemin artan vəzifə müddəti, artan missiya hündürlüyü, aşağı səs səviyyəsi ilə sürətli, çevik, ağıllı və güclü olduğu qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.