Dünya

Türkiyə XİN: Buçadakı görüntülər utanc vericidir

6 Aprel 2022 09:50
0 Şərh     Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpindən mətbuatda əksini tapan görüntülər insanlıq üçün dəhşətli və kədərlidir. Bu barədə Türkiyə XİN rəsmi internet səhifəsində bəyanat paylaşıb.

Milli.Az Türkiyə Xarici İşlər Nazirliyinin bəyanətinə istinadən xəbər verir ki, günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbuledilməzdir. Mövzunun müstəqil araşdırmaya məruz qalması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir.

Türkiyə insanlıq üçün bu cür utanc verici səhnələrə son qoymaq və ən qısa zamanda sülhün təmin edilməsi üçün çalışmalarına davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.