Dünya

Ukraynanın qəhrəmanına çevrilən qadın snayper: Xeyli rus əsgərini öldürüb - FOTO

5 Aprel 2022 19:42
Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada qəhrəman elan edilən və çox sayda rus hərbçisini öldürən "Kömür" ləqəbli qadın snayper ilk dəfə üzə çıxıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, kimliyi açıqlanmayan qadın snayper müharibənin ilk günündən ön cəbhədə vuruşaraq, rusların qorxusuna çevrilib. Yerli mənbələr yazır ki, qadın 2017-ci ildə Ukraynanın Dəniz Qüvvələrinin sıralarına qatılıb. "Kömür" o vaxtdan bəri Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində rusiyameyilli qüvvələrə qarşı mübarizə aparıb. "Times" qəzetinin məlumatına görə, qadın rusiyalı hərbçilər barədə açıqlamasında belə deyib:

"Bunlar insan deyil. Faşistlər belə onlar qədər alçaq deyildi. Onları məğlub etməliyik".

Kimliyinin üzə çıxmaması üçün siması qismən bağlı saxlanlılan qadın snayper, ikinci dünya müharibəsi dövründə 309 faşisti öldürməklə "Ölüm mələyi" ləqəbini alan ukraynalı əfsanəvi snayper Lyudmila Pavliçenkoya bənzədilir.

Qeyd edək ki, Pavliçenkonun qəhrəmanlığı üç müttəfiq lider Çörçill, Rozvelt və Satlinin də diqqətini çəkmişdi. Liderlər Pavliçenkoyla görüşmək üçün onu cəbhədən saraya dəvət etmişdilər. O, ən ali mdeallarla təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.