Fevralın 24-də müharibə başlayandan Ukraynanı tərk edənlərin sayı 4,2 milyon nəfərdən çoxdur.
Milli.Az APA-ya istinadən bildirir ki, bu açıqlamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Məlumatda göstərilir ki, təkcə bazar günü 39 minədək ukraynalı ölkəni tərk edib. Avropa İkinci dünya müharibəsindən sonra bu səviyyədə miqrasiyaya şahid olmayıb.
Qeyd olunur ki, Ukraynanı tərk edənlərin 90%-i qadın və uşaqdır. Hərbi xidmətə yararlı əhalinin ölkədən çıxmasına icazə verilmir.
Milli.Az