Dünya

Blinken: “Ukrayna hər Rusiya tankı əleyhinə 10 sistemə sahib olacaq”

4 Aprel 2022 07:48
1 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna tezliklə hər Rusiya tankı üçün 10 tank əleyhinə sistemə sahib olacaq.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. O, Qərbin silahlarının Ukraynaya tədarükünün davam etdirəcəyini vəd edib.

Qeyd edək ki, Norveç hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin yerli parlamentə müraciətindən sonra tank əleyhinə silahların təhvil verilməsi barədə qərar qəbul edib.

Bundan əvvəl isə Böyük Britaniyanın Baş naziri Boris Conson NLAW və "Javelin" tank əleyhinə sistemlər üçün verilmiş 4 000 raketdən əlavə, Ukraynaya daha 6 min raketin tədarükünü vəd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.