Dünya

Soyuducudan çıxıb canlı yayıma qatıldı - VİDEO

1 Aprel 2022 20:42
0 Şərh     Baxış: 1 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya Prezidenti Aleksandr Vuçiç canlı yayımlanan televiziya proqramına soyuducudan çıxaraq qatılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli "Pink TV"də yayımlanan verilişə əlində turşu bankası ilə çıxıb.

Seçki kampaniyasında sonuncu çıxışını edən Vuçiç alqışlarla qarşılanıb.

"Hər kəs məndən elə bezib ki, soyuducunu açsa, içindən mənim çıxacağımı zənn edirlər", - Serbiya Prezidenti qeyd edib.

Qeyd edək ki, bu ssenari Vuçiçin seçki kampaniyası çərçivəsində yayımlanan reklam videosu əsasında hazırlanıb. Belə ki, reklam videosunda gənc bir ailənin soyuducusundan ölkənin prezidenti - Vuçiç çıxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.