Dünya

“Taliban” qadınlara təyyarədə tək uçmağı qadağan etdi

1 Aprel 2022 18:12
0 Şərh     Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" Əfqanıstan aviaşirkətlərinə qadınların kişi qohumu olmadan uçmalarını qadağan etməyi əmr edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

"Qadınların kişi qohumu olmadan nə daxili, nə də beynəlxalq reyslərdə uçmasına icazə verilir", - deyə "Ariana Afghan Airlines"ın işçilərinə yazdığı məktubda bildirilir.

"Kam Air" da "Taliban"dan eyni göstərişi alıb.

Anonim mənbələr "Reuters"ə bildiriblər ki, yeni məhdudiyyətlərin tətbiqi ilə aviabilet almış əfqan qadınlar uçuşa buraxılmırlar.

Sərəncamın xarici ölkə vətəndaşlarına aid olub-olmadığı bəlli deyil, lakin "France 24" telekanalının məlumatına görə, keçən həftə ABŞ pasportu olan bir əfqan qadının uçmasına icazə verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.