Valideynlərin diqqətinə: Uşaqları dənizə aparmayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqların açıq su hövzələrində çimməsi sağlamlıqları üçün ciddi risklər daşıya bilər.
Milli.Az xəbər verir ki, Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Uşaq Xəstəlikləri kafedrasının dosenti Aleksandr Batrakovun sözlərinə görə, xüsusilə südəmər və məktəbəqədər yaşlı uşaqlar üçün açıq suda çimmək bir çox infeksiyalara yoluxma və hipotermiya təhlükəsini artırır.
Batrakovun sözlərinə görə, körpələrin və kiçik yaşlı uşaqların immunitet sistemi hələ tam inkişaf etmədiyi üçün onlara açıq su hövzələrində üzmək 2-3 yaşına qədər tövsiyə edilmir. Bu yaş dövründə uşaqların bədən müqaviməti zəif olduğundan, rotavirus kimi ciddi infeksiyalara daha tez yoluxa bilirlər. Həkim xüsusilə vurğulayıb ki, bir yaşdan kiçik uşaqları açıq suda üzməyə aparmazdan əvvəl rotavirus peyvəndi etdirilməsi önəmlidir.
Eyni zamanda, çimərlikdə uşaqların təhlükəsizliyinə diqqət yetirilməlidir. Batrakov bildirib ki, uşaqlar qumun dadına baxmaq kimi vərdişləri olduğundan, bu zaman qumun tənəffüs yollarına düşmə riski yüksəkdir. Bu da aspirasiya və nəticədə boğulma təhlükəsinə səbəb ola bilər. Həkim valideynləri bu kimi hallara qarşı diqqətli olmağa çağırır.
Bundan əlavə, açıq su hövzələrində çimərkən uşaqlar hipotermiya riski ilə də üzləşirlər, çünki suların temperaturu kifayət qədər isti olmaya bilər və uşaq bədəninin istilik qoruyucu mexanizmi hələ zəif işləyir. Hipotermiya həm də uşaqların immunitetinin zəifləməsinə səbəb ola bilər ki, bu da başqa xəstəliklərə yoluxma riskini artırır.
Qeyd edək ki, uşaqların sağlamlığını qorumaq üçün valideynlər açıq su hövzələrində çimməyi təxirə salmalı, uşaqları rotavirus peyvəndi ilə qorumaq və qum kimi xarici maddələrin təhlükəsindən diqqətlə qorunmalıdırlar. Bu tövsiyələr uşaqların təhlükəsiz yay fəslindən zövq almaları üçün önəmlidir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"





