Dünya

COVID-19 sonuncu pandemiya olmayacaq

31 Mart 2022 08:34
1 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"COVID-19 sonuncu pandemiya olmayacaq, yeni xəstəliyin ehtimalı və itkilərin miqyası insanların hazırkı pandemiyanın dərslərini necə öyrənməsindən asılıdır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"COVID-19-un sonuncu pandemiya olmayacağına tamamilə əminik. Amma bunun baş vermə ehtimalı və hansı itkilərə səbəb ola biləcəyi bizdən asılıdır. Biz bu pandemiyanın dərslərini öyrənməliyik", - o deyib.

Qebreyesusun sözlərinə görə, yerli vaksin istehsalının artırılmasına ehtiyac var.

"Bundan əlavə, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün ictimai səhiyyəyə, xüsusən də ilkin səhiyyə xidmətinə sərmayə qoyuluşuna ehtiyac var", - ÜST rəhbəri qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.