Dünya

“Putin aldadıldığını hiss edib”

30 Mart 2022 23:47
0 Şərh     Baxış: 4 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinə Rusiya ordusunun Ukraynada nə qədər zəif olmasından və sanksiyaların Rusiya iqtisadiyyatına təsiri barədə yanlış məlumat verilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə CNN amerikalı məmura istinadən məlumat yayıb.

"Biz hesab edirik ki, məsləhətçilər Putinə Rusiya ordusunun nə qədər zəif olduğunu və sanksiyaların Rusiya iqtisadiyyatını necə çökdürdüyü barədə yanlış məlumat verirlər, çünki ona həqiqəti söyləməkdən çox qorxurlar", - ABŞ rəsmisi bildirib.

Nəşrin mənbəsi qeyd edib ki, qiymətləndirmə ABŞ kəşfiyyatının məxfilikdən çıxarılan tapıntılarına əsaslanır.

Onun sözlərinə görə, ABŞ-da Putinin dezinformasiyadan xəbərdar olduğunu göstərən məlumatlar var ki, bu da onunla Rusiya Müdafiə Nazirliyinin ən yüksək rütbələri arasında parçalanmaya səbəb olub.

"Bizdə məlumat var ki, Putin Rusiya hərbçiləri tərəfindən aldadıldığını hiss edib. İndi Putinlə Rusiya Müdafiə Nazirliyi arasında davamlı gərginlik var. Bu, Putinin nazirliyin rəhbərliyinə inamsızlığından irəli gəlir", - amerikalı rəsmi əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.