Dünya

Sloveniya Ukraynaya “S-300” müdafiə sistemlərinin göndərilməsini dəstəkləyib

30 Mart 2022 23:27
0 Şərh     Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sloveniyanın Baş naziri Ukraynaya "S-300" Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin göndərilməsini dəstəklədiyini bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Baş nazir Yanez Yanşa bu barədə CNN-ə açıqlamasında bildirib.

"Bəli, mən bunu dəstəkləyirəm, çünki bu, Ukraynanın ən çox ehtiyac duyduğu ləvazimatdır", - deyə Baş nazir bildirib.

Yanez Yanşa Ukraynaya hansı silahların göndərilməsi ilə bağlı çox da danışmaq istəmədiyini vurğulayıb.

Baş nazir əlavə edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub. Söhbət zamanı V. Zelenski ona Ukraynanın NATO-ya üzvlük arzusundan əl çəkdiyini deyib. Prezident bununla bağlı konstitusiya dəyişik üçün referendum keçirilməsi təklifinə hazır olduğunu bildirib.

"Düşünürəm ki, onlar bir növ praqmatiq qərar qəbul ediblər, çünki müharibədə qələbə qazandıqdan sonra NATO özü onları üzv qəbul etmək istəyəcək. Bu müharibədə qələbə qazandıqdan sonra Ukrayna ordusu Avropa qitəsinin ən güclü ordularından biri olacaq", - deyə Sloveniya Baş naziri vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.