Dünya

Məşhur aktyor karyerasını bitirir

30 Mart 2022 22:55
0 Şərh     Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Hollivud aktyoru Brüs Uillis səhhətində yaranan problem səbəbindən karyerasını bitirir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə onun keçmiş həyat yoldaşı, aktrisa Demi Mur məlumat verib. Onun sözlərinə görə, Brüsün səhhətində müəyyən problemlər var və bu yaxınlarda ona nitq pozğunluğuna səbəb olan afaziya diaqnozu qoyulub.

"Brüs onun üçün çox böyük məna kəsb edən karyerasını tərk edir. Bu, bizim ailəmiz üçün həqiqətən çətin vaxtdır və biz sizin davamlı sevginiz, şəfqətiniz və dəstəyiniz üçün çox minnətdarıq", - Mur bildirib.

Qeyd edək ki, Brüs Uillisin martın 19-da 67 yaşı tamam olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.