Dünya

Britaniya hökuməti rusiyalı milyarderin təyyarələrinə həbs qoydu

27 Mart 2022 16:52
0 Şərh     Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya hökuməti rusiyalı neft-qaz milyarderi Yevqeni Şvidlerin iki şəxsi təyyarəsindən istifadəyə həbs qoyub. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumatı Britaniyanın nəqliyyat naziri Qrant Şepps də təsdiq edib.

O vurğulayıb ki, Rusiya prezidentinə yaxın olmaqla böyük sərvət qazanmış şəxslər günahsız insanlar öldüyü bir vaxtda öz sərvətindən həzz ala bilməzlər.

Qeyd edək ki, rusiyalı oliqarx Yevqeni Şvidler digər rusiyalı milyarder Roman Abramoviçin iş ortağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.