Dünya

Rusiya Donetsk və Luqanskda Ukrayna Ordusunu mühasirəyə almağa cəhd edir - Britaniya MN

27 Mart 2022 13:37
0 Şərh     Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ordusu Donetsk və Luqansk vilayətlərində Ukrayna qüvvələrini mühasirəyə almağa cəhd edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi "Tvitter"-də paylaşım edib.

Qeyd edilib ki, qüvvələrini cəmləşdirən Rusiya Ordusunun Mariupolun cənubundan və Xarkovun şimalından hücuma keçəcəyi gözlənilir. Bu zaman əsas məqsəd Donetsk və Luqansk istiqamətindəki Ukrayna Ordusunun bölmələrini mühasirəyə almaq olacaq.

Ukraynanın şimalında isə Rusiya qüvvələri əsasən mövqelərində qalır, Ukrayna ordusunun bölmələri əks-hücumlarla Rusiya qüvvələrinin yenidən qruplaşmasına mane olmağa cəhd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.