Dünya

KİV: ABŞ Ermənistana sanksiya tətbiq edə bilər

26 Mart 2022 18:56
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiyaya sanksiyalardan yayınmaqda dəstək olan ölkələrə sanksiya tətbiq edə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Qəzetin məlumatına görə, ilk növbədə Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan sanksiyalara məruz qala bilər.

Xatırladaq ki, bundan əvvəl də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Rusiyaya Qərbin sanksiyalarından yayınmağa yardım edəcək ölkələrə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.

O, sanksiyaların tam icrası üçün ABŞ-ın bir sıra instrumentlərə malik olduğunu əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.