Dünya

Səudiyyə Ərəbistanında neft anbarına raket zərbəsi endirildi

25 Mart 2022 23:20
0 Şərh     Baxış: 1 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft anbarına raket zərbəsi endirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, raket hücumu Husi qruplaşması tərəfindən həyata keçirilib.

Hücum nəticəsində baş verən yanğın Ciddədə keçirilən Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin təşkil olunduğu trasın yaxınlığında olduğuna görə yarışın sərbəst yürüşlərinin vaxtı dəyişdirilib.

Qeyd edək ki, Yəməndə hərbi əməliyyatlar həyata keçirən koalisiyaya rəhbərlik etdiyinə görə Səudiyyə Ərəbistanı Husi qiyamçıları tərəfindən mütəmadi olaraq hücumlara məruz qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.