Dünya

Bayden-Duda görüşü iki saatlıq gecikmədən sonra başladı

25 Mart 2022 21:25
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Baydenlə Jeşuv şəhərində görüşə yollanan Polşa Prezidenti Andjey Dudanın təyyarəsi Varşava şəhərində qəza enişi edib. Duda daha sonradan ehtiyat təyyarə ilə sözügedən şəhərə yola düşüb. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu səbəbdən də Bayden və Duda arasında görüş iki saatdan çox gecikmədən sonra başlayıb. 

Bildirilir ki, buna görə də ABŞ Prezidentinin Polşada rəsmi qarşılanma mərasimi hava limanında deyil, Ukraynadan olan qaçqınlara yardım edən humanitar təşkilatların nümayəndələri ilə görüşdən əvvəl baş tutub. 

Qeyd olunub ki, Jeşuv şəhərinə çatan Bayden təqribən 40 dəqiqə təyyarədə gözləməli olub, daha sonra təyyarədə enərək onu gözləyən Polşanın hökumət nümayəndələrini və Silahlı Qüvvələrini salamlayıb. Bunun ardınca isə avtomobilə əyləşərək hava limanını tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.