Dünya

Xarkovda şəhər klinikasını atəşə tutuldu: 4 nəfər həlak oldu

25 Mart 2022 15:10
0 Şərh     Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Martın 25-i səhər saat 7:45 radələrində rus qoşunları Xarkov şəhərinin Osnovyanski rayonunda humanitar yardımların verilməsi mərkəzinin yerləşdiyi şəhər klinikasını atəşə tutublar. Yaxınlıqda bir dənə də olsun hərbi obyekt yoxdur".

Milli.Az bildirir ki, bu barədə Xarkov vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Səhər mülki infrastrukturun çoxsaylı raket sistemlərindən atəşə tutulması nəticəsində 7 mülki şəxs yaralanıb, onlardan 4-ü həlak olub.

"Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Polis Ukrayna xalqına qarşı cinayət faktını sənədləşdirir və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi sübutları toplayır", - deyə vilayət polisi yekunlaşdırıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.