Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə və Polşa ərazisinə zərbə endirmək əmri verə bilər.
Milli.Az bildirir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş komandanı, general Uesli Klark CNN telekanalına açıqlamasında deyib.
"Əgər Putin həqiqətən də NATO-nu cilovlamaq istəyirsə, NATO-nu məhv edə biləcəyinə inanırsa, taktiki nüvə silahından istifadə edə bilər. Harada istifadə edəcək? Ola bilsin ki, Ukraynada yox, Polşada, haradasa ictimai yerdə", - Klark bildirib.
Onun sözlərinə görə, təlimlər çərçivəsində Rusiya qoşunları Rusiyanın uduzduğu vəziyyəti simulyasiya edir, çünki NATO öz rəqibini dəstəkləyir. Bu halda onlar taktiki nüvə silahlarından istifadə etməlidirlər. Nəticədə NATO nüvə müharibəsi istəmədiyini bəyan edir və geri çəkilir.
Bundan əlavə, general Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etmə ehtimalına şübhələrinin olduğunu bildirib.
Aslan Məmmədov
Milli.Az