Dünya

Ukraynada müharibə nəticəsində 121 uşaq həlak olub

23 Mart 2022 16:24
0 Şərh     Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada müharibə nəticəsində 121 uşaq həlak olub, 167 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun xəbərində bildirilib.

Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində (61), Xarkovda (41), Donetskdə (40), Çerniqovda (32), Nikolaevdə (24), Kiyev şəhərində (16), Jitomirdə (15), Xersonda (15) və Sumıda (14) olub.

Müharibə nəticəsində 548 təhsil müəssisəsi zədələnib, onlardan 72-si tamamilə dağıdılıb. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.

Bundan başqa, 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb müəssisələri, incəsənət məktəbləri, idman obyektləri, kitabxanalar yararsız vəziyyətə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.