Dünya

ABŞ Ukraynanın müdafiə qabiliyyətini qiymətləndirdi

22 Mart 2022 10:48
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden Ukraynanın müdafiə qabiliyyətini qiymətləndirib.

Milli.Az report-a istinadən xəbər verir ki, ABŞ Prezidentinin sözlərinə görə, hazırda Ukraynada müdafiə avadanlığı kifayət qədərdir.

Amerika lideri qeyd edib ki, ABŞ ordusunun və NATO-ya üzv ölkələrin hesablamalarına görə, Ukrayna "etdiklərinin" (müharibə-red) davamı üçün lazım olan hər şeyə malikdir.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda, milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib. Müharibə hələ davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.