Dünya

Bir gündə Ukraynadan 7295 nəfər təxliyə edilib

21 Mart 2022 11:18
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Ukrayna şəhərlərindən ümumilikdə 7295 nəfər təxliyə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk bildirib.

Onun sözlərinə görə, planlaşdırılan yeddi marşrutdan dördü işləyir.

Ümumilikdə 3985 nəfər mühasirədə olan Mariupol şəhərindən Zaporojjya şəhərinə təxliyə edilib.

Vereşçuk bildirib ki, Ukrayna hökuməti növbəti təxliyə üçün bu gün Mariupola 50-yə yaxın avtobus göndərməyi planlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.