Dünya

Məşhur müğənni rus hərbçilərə qarşı dediyi sözlərə görə həbs edildi

19 Mart 2022 02:31
0 Şərh     Baxış: 1 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı müğənni İqor Levçenko rus hərbçilərinə qarşı zorakılığa təhrik etdiyinə görə həbs edilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "TASS" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhkəmə Ukraynadan olan 25 yaşlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsini qərara alıb. O, fevralın 24-də instaqram hesabında rus hərbçilərinə qarşı nifrət və və düşmənçiliyin qızışdırılması, onları öldürmək və zorakılıq tətbiq etmək əlamətləri əks etdirən video yayımlayıb. Bu səbədən onun barəsində cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həbs edilən şəxs ukraynalı müğənni İqor Levçenkodur.

Qeyd edək ki, daha əvvəl eyni səbəbdən saxlanılan ifaçı üzr istəyib və bunu sərxoş halda etdiyini açıqlayıb. İqor azadlığa buraxılsa da, daha sonra ona qarşı ekstremizm işi açılıb və yenidən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.