Dünya

Britaniya kəşfiyyatı: Rusiya qüvvələri minimal irəliləyiş əldə edib

17 Mart 2022 12:00
0 Şərh     Baxış: 1 125
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Ukraynaya hücumu bütün cəbhələrdə böyük ölçüdə dalana dirənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri son günlər quruda, dənizdə və səmada minimal irəliləyiş əldə edib və ağır itkilər verməyə davam edir.

"Ukraynanın müqaviməti möhkəmdir və yaxşı əlaqələndirilib. Bütün böyük şəhərlər də daxil olmaqla, ölkə ərazisinin böyük əksəriyyəti Ukraynanın əlindədir", - qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.