Dünya

Çerniqovu bombalayan qırıcı vuruldu

16 Mart 2022 14:48
0 Şərh     Baxış: 3 663
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin Çerniqovu bombalayan "Su" qırıcısı vurub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə "Şimal" əməliyyat komandanlığı məlumat yayıb.

"Martın 16-sı səhər saatlarından etibarən "Şimal" operativ komandanlıq hissələrinin məsuliyyət zonasında vəziyyət nəzarətdə saxlanılır. Gecə hava hücumundan müdafiə sistemi Çerniqovu raketlərlə bombalayan "Su" tipli təyyarəni vurub. "Quş" yerə düşüb", - hesabatda deyilir.

Həmçinin müdafiəçilər zirehli texnikanın köməyi ilə Novoselovka ərazisinə girməyə cəhd edən rus əsgərlərin hücumunu uğurla dəf ediblər. Rusiyanın itkiləri dəqiqləşdirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.