Dünya

İran televiziyası: "Fordo" nüvə təsisatında təxribatın qarşısı alınıb

14 Mart 2022 23:55
0 Şərh     Baxış: 1 049
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranda "Fordo" nüvə təsisatında təxribatın qarşısı alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Dövlət Televiziyası məlumat verib. Məlumatda qeyd olunur ki, İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik qüvvələri təxtibatı planlaşdıran terrorçu qrupu zərərsizləşdirib. Qruplaşma üzvlərinin "Fordo" nüvə təsisatında Novruz bayramından öncə təxribat törədəcəyi qeyd olunur. Məlumatda saxlanılan şəxslərin neçə nəfər olması haqqında detallar açıqlanmayıb.

Terrorçu qrupun planlaşdırdığı təxribata görə İran İsraili günahlandırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.