Rus əsgərləri on doqquzuncu gündür ki, Kiyev vilayətini və xüsusən də paytaxtı atəşə tuturlar.
Milli.Az UNİAN-a istinadən bildirir ki, Obolonda Antonov zavodunun və hündürmərtəbəli binaların bombalanması ilə bağlı xəbərlərdən sonra Vinarovka kəndində televiziya və radio təkrarlayıcıya mərminin düşməsi barədə məlumat yayılıb.
Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Oleksiy Kuleba raket zərbəsi ilə bağlı məlumatı öz Teleqram kanalında paylaşıb:
"Rusiya qoşunları Kiyev vilayətinin mülki infrastrukturunu atəşə tutmağa davam edir! Bu gün səhər saat 8:45 radələrində ruslar Stavışçenski ərazi icmasının Vinarovka kəndində televiziya və radio retranlyatoruna raket zərbəsi endiriblər. Xidmət mərkəzinin binası zədələnib. Mülki itki yoxdur".
Aslan Məmmədov
Milli.Az