Dünya

Podolyak Rusiya ilə danışıqları şərh edib

14 Mart 2022 15:02
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundunu şərh edib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, onun Twitter-də qeyd etdiyi kimi, tərəflər artıq dəqiqləşdirilmiş mövqelərini fəal şəkildə ifadə edirlər.

"Ünsiyyət çətindir, amma davam edir. Anlaşılmazlığın səbəbi bizim çox fərqli siyasi sistemlərimizin olmasıdır. Ukrayna cəmiyyətdə azad dialoq və məcburi konsensusdur. Rusiya - öz cəmiyyətinin ultimativ şəkildə sıxışdırılmadır", - Podolyak qeyd edir.

Xatırladaq ki, saat 10:30-da videoformatda Rusiya-Ukrayna danışıqlarının 4-cü raundu başlayıb.

Podolyak qeyd edib ki, müzakirə olunan məsələlər arasında sülh, atəşkəs, bütün qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları var.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.