Dünya

Məktəblilər pəncərədən yıxılan qızı xilas etdilər - VİDEO

12 Mart 2022 17:36
0 Şərh     Baxış: 1 262
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çinin Henan əyalətində yeniyetmələr altıncı mərtəbədə pəncərədən yıxılaraq dəmir barmaqlıqlar arasında qalan azyaşlı uşağı xilas ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar iki yaşlı qızın yaşayış binasının altıncı mərtəbəsindəki pəncərəyə quraşdırılmış barmaqlıqlar arasında ilişib qaldığını görüblər.

Yeniyetmələr mənzilin açarlarını həmin an evə qayıdan uşağın anasından alıblar.

Daha sonra pəncərəyə çıxaraq uşağı mənzilə salıblar.

Xilasetmə əməliyyatı üç dəqiqə çəkib.

Sosial şəbəkə istifadəçiləri yeniyetmələrin bu hərəkətini yüksək qiymətləndiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.