Dünya

Bu ölkədə döyüşmək üçün xaricə gedən könüllülər cəzalandırılacaq

11 Mart 2022 21:54
0 Şərh     Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna və ya başqa ölkələrdəki silahlı münaqişədə iştirak etmək üçün xaricə gedən Serbiya vətəndaşları qanunla ciddi şəkildə cəzalandırılacaq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Almaniyanın xarici işlər naziri Annalena Berbokun Belqrada səfəri zamanı bildirib.

"Ukraynadakı münaqişə zonasında könüllülərə gəlincə, hər iki tərəf könüllüləri çağırdığından, sərtləşdirəcəyimiz Serbiya Respublikasının cinayət qanunvericiliyinə əsasən, Serbiyanın ərazi bütövlüyünü qorumayan istənilən halla bağlı münaqişələrdə iştirak etmək sərt cəzalandırılacaq. Hər hansı bir müharibədə iştirak etməli olduğunu düşünən hər kəsi qanun və konstitusiyaya uyğun olaraq ciddi şəkildə cəzalandıracağıq", - Serbiya lideri birgə mətbuat konfransında vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.