Dünya

Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün bu qədər pul yığılıb

11 Mart 2022 20:06
0 Şərh     Baxış: 1 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11 mart 2022-ci il tarixinə Milli Bankın Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün açdığı xüsusi hesaba qrivna (1 dollar = 29,54 qrivna) ekvivalentində 11,3 milyarddan çox vəsait köçürülüb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, tənzimləyicinin mətbuat xidmətinin məlumatına görə, vəsait həm Ukraynadakı vətəndaşlardan, müəssisələrdən, həm də beynəlxalq ictimaiyyətdən daxil olub. Xüsusilə, xaricdən xarici valyutada təxminən 3,3 milyard qrivna ekvivalenti daxil olub.

Bu vəsaitdən Milli Bank artıq 10,2 milyard qrivnanı ordunun ehtiyaclarına köçürüb. İndi xüsusi hesabdakı vəsaitlərin qalığı demək olar ki, 1,14 milyard qrivna təşkil edir.

Həmçinin, martın 11-nə Milli Bankın humanitar məqsədlər üçün açdığı Sosial Siyasət Nazirliyinin hesabına 194 milyon qrivna ekvivalenti köçürülüb. Ümumilikdə, xaricdən xarici valyutada 77 milyon qrivna ekvivalentindən çox vəsait daxil olub.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.