Dünya

Putin Təhlükəsizlik Şurasında elan etdi - Döyüşmək üçün bu ölkədən muzdlular gətirir

11 Mart 2022 13:22
Baxış: 4 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyasına razılıq verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin Ukraynanın qərbli sponsorlarının münaqişədə iştirak üçün muzdlu toplamasını gizlətmədiyini söyləyib.

"Qərb sponsorları" münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər - "onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər", - Rusiya Prezidenti vurğulayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə ilə çıxış edib. O, Yaxın Şərqdən 16 mindən çox könüllünün döyüşlərə qatılmaq istədiyini söyləyib.

Putin könüllülərin döyüş əməliyyatı keçirilən yerə çatdırılmasına dəstək olacaqlarını əlavə edib.

Şoyqu Ukraynanın ələ keçirilən hərbi qənimətlərinin separatçı Donetsk və Luqansk respublikalarına verilməsini təklif edib. Putin həmin təklifə razılıq verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.