Ukrayna Prezidenti Volodimir Zelenski amerikalıların ölkəni tərk etmək təklifini nəzərə almayıb və ölkəsində qalmaqda davam edir.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Die Zeit" qəzetində dərc olunan məqalədə deyilir.
"Mənim Ukraynada, Kiyevdə qaldığım heç kimə sirr deyil",- deyə Zelenski qeyd edib.
Eyni zamanda Ukrayna Prezidenti Qərbi Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb.
"Sanksiyalar kifayət etsəydi, hücum indiyə qədər bitərdi. Amma onlar Rusiyadan neft və qaz almağa davam edirlər",- deyə V.Zelenski bildirib.
Milli.Az