Dünya

Ukrayna məhv etdiyi təyyarə və helikopterlərin sayını açıqladı

9 Mart 2022 23:10
0 Şərh     Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son iki gün ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin Birləşmiş Qüvvələri Kiyev bölgəsindəki havadan müdafiə tədbirləri ilə azı səkkiz hava hədəfi məhv edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, aviasiya, "S-300" və "Buk-M1" zenit raket qüvvələrinin bölmələri 4 "Su-25" təyyarəsini və iki helikopteri məhv edib: "Hərbi Hava Qüvvələrinin bombardmançıları düşmən texnikasının sütunlarına raket-bomba zərbələri endirməyi davam etdirir. Beləliklə, bu günə qədər əməliyyat hesablamalarına əsasən, düşmənin 56 təyyarə və 82 helikopteri məhv edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.