Dünya

ÜST: “Ukraynada sanitar hədəflərə 16 hücum qeydə alınıb”

9 Mart 2022 22:20
0 Şərh     Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Münaqişə Ukraynanın səhiyyə sistemini zəiflətsə də, o indiyədək müqavimət göstərə bilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.

Rayan əlavə edib ki, ÜST münaqişə dövründə sanitar hədəflərə 16 hücumu təsbit edib. Bu hücumlarda 10 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Mən Ukraynanın səhiyyə sisteminin çökəcəyini düşünmürəm. Əksinə, səhiyyə kifayət qədər dayanıqlıdır", - deyə Rayan Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.