Dünya

Azərbaycanın Xarkovdakı konsulluğunun binası vuruldu - FOTO

6 Mart 2022 22:30
0 Şərh     Baxış: 2 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Xarkov şəhərindəki fəxri konsulluğun binasının vurulması ilə bağlı məlumat yayıb.

Milli.Az XİN-ə istinadən xəbər verir ki, məlumatda Azərbaycanın fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

"Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər", - məlumatda qeyd olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.