Dünya

ABŞ və Kanada vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

6 Mart 2022 11:22
2 Şərh     Baxış: 3 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və Kanada vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Hər iki ölkənin xarici siyasət idarələri vətəndaşlarına Rusiyaya səfər etməməyi məsləhət görüb. Dövlət Departamenti hazırda Rusiyanı tərk etmək üçün məhdud təyyarə reysləri, həmçinin avtomobil və avtobus marşrutları olduğunu nəzərə çatdırıb: Rusiyada yaşayan və səyahət edən ABŞ vətəndaşları təcili bu ölkəni tərk etməlidirlər.

Kanada XİN də bildirir ki, kommersiya reyslərinin olduğu hazırkı vəziyyətdə bu ölkənin vətəndaşları təcili Rusiyanı tərk etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.