Dünya

Boris Conson Ukrayna ilə bağlı fəaliyyət planı hazırlayıb

6 Mart 2022 11:15
0 Şərh     Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna ilə bağlı fəaliyyət planını təqdim edib və beynəlxalq ictimaiyyəti ona qoşulmağa çağırıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısının ofisi məlumat yayıb.

Siyasətçinin təklif etdiyi plan altı bənddən ibarətdir və Ukraynaya dəstək üçün beynəlxalq humanitar koalisiyanın səfərbər edilməsini, Ukrayna ərazisinin müdafiəsində Kiyevə yardımın göstərilməsini, Rusiya Federasiyasına mümkün olan maksimum təzyiqi, "sürünən" normallaşma prosesinin qarşısını almağı, Rusiyanın Ukraynadakı hərəkətləri, gərginliyin azaldılması üçün diplomatik yolların axtarışı, yalnız qanuni Ukrayna hökumətinin tam iştirakı əsasında, eləcə də bütün Avro-Atlantik məkanda təhlükəsizliyin gücləndirilməsi üçün təcili kampaniyanı nəzərdə tutur.

Conson hesab edir ki, Qərb ölkələri və bütövlükdə beynəlxalq ictimaiyyət bu təklifləri dəstəkləməlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.