Dünya

“Visa” və “Mastercard” Rusiyadan getdi: Rusiyanın bank kartları isə ancaq bu 7 ölkədə qəbul ediləcək - Siyahı

6 Mart 2022 09:06
1 Şərh     Baxış: 3 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Visa" və "Mastercard" Rusiyada fəaliyyətini dayandırıb.

Milli.Az bildirir ki, sanksiyaya məruz qalan Rusiya Mərkəzi Bankı bundan sonra ölkə vətəndaşlarına xaricə nağd pul aparmağı tövsiyə edib.

Mərkəzi Bankın yaydığı məlumata görə, yerli sistemin kartları yalnız 7 ölkədə qəbul olunacaq: 

"Rusiya bankları tərəfindən buraxılmış bütün "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemləri kartları Rusiyada müddəti bitənə qədər adi qaydada fəaliyyətini davam etdirəcək. Onlar üzrə əməliyyatlar ölkə daxilində Milli Ödəniş Kartı Sistemində həyata keçirilir və sanksiyalar onlara təsir göstərmir. Xaricə səfər zamanı nağd pul və "Mir" kartını qəbul edildiyi ölkələr üçün özünüzlə götürmək tövsiyə olunur. Bu gün bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır".

Siyahıya qondarma Cənubi Osetiya və Abxaziyada da əlavə edilib.

Qeyd edək ki, Rusiya bankları tərəfindən buraxılan "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemlərinin bütün kartları Rusiyada yalnız istifadə müddəti bitənə qədər işləyəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.